"İnter"in Bakı səfəri FOTO

17:45 - 10 Dekabr 2014

Nemanya Vidiç Bakıya gələsi olmadı

 

Avropa Liqasının qrup mərhələsinin son turunda sabah "Qarabağ"la qarşılaşacaq İtaliyanın "İnter" klubu Bakıya gəlir.

Sportal.az xəbər verir ki, İtaliya təmçsilçisi əsas müdafiəçisi Nemanya Vidiçi paytaxtımıza gətirilməyəcək. Həkimlərin məsləhətindən sonra 33 yaşlı futbolçunun adı Bakıya gələcək heyətdən çıxarılıb.

"İnter" klubu bu gün saat 18:30-da Bakıda olacaq və iki saat sonra matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxacaq. Bundan yarım saat öncə isə komandanın baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq.  

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.

Xəbər xətti