"Qarabağ"ın rəqibində yeni müqavilə

19:15 - 10 Dekabr 2014

"İnter" Mateo Kovaçiçi buraxmaq istəmir

 

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter" klubu futbolçusu Mateo Kovaçiçlə yeni müqavilə imzalayıb.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu 2019-cu ilə qədər Milan təmsilçisində çıxış edəcək. Müqaviləyə əsasən gənc futbolçu "İnter"də ilinə 2 milyon avro qazanacaq.

Qeyd edək ki, 2012/2013 mövsümündən "İnter"in şərəfini qoruyan 22 yaşlı yarımmüdafiəçi keçirdiyi 59 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xəbər xətti