Hücumçu daha bir il İtaliyada oynamaq istəyir
“Latsio”nun hücumçusu Miroslav Kloze mövsümün sonunda klubu tərk etmək fikrində deyil.
Sportal.az xəbər verir ki, almaniyalı forvard paytaxt təmsilçisində daha bir ilə oynamaq istəyini gizlətməyib. Kloze “Latsio”nun əsas heyətində yer almasa da, bu komandada işlərinin yaxşı getdiyini bildirib:
“Ola bilər ki. çoxları məni ehtiyatda qaldığıma görə qınasın. Ancaq baş məşqçi istənilən halda mənə şans verir. “Latsio”da özümü daha rahat hiss etdiyim üçün daha bir ilə komandada qalmağı düşünürəm”.
Cari mövsüm 12 oyunda meydana çıxan Miroslav Kloze rəqib qapılarına 3 dəfə yol tapa bilib.
saytlarin hazirlanmasi