"Roma" liderə yaxınlaşdı
İtaliya A seriyasında 15-ci turun oyunları start götürüb.
Sportal.az xəbər verir ki, tur “Palermo” – “Sassuolo” oyunu ilə başlayıb. Bu qarşılaşmada meydan sahibləri son dəqiqədə vurduğu qolla qələbəyə seviniblər. “Latsio” doğma meydanda “Atalanta”nın qapısından 3 cavabsız top keçirib.
Lider “Yuventus” evdə “Sampdoriya”nı qəbul edib. Patrik Evranın qoluyla fasiləyə üstün yollanan turinlilər ikinci hissənin əvvəlində qapısında qol görüblər. Meydan sahibləri qalan vaxt ərzində rəqib qapısına yol tapa bilməyib və nəticədə xal itirib.
“Milan” doğma meydanda “Napoli”yə qalib gəlməyi bacarıb.
İtaliya A seriyası 15-ci tur
13 dekabr
“Palermo” – “Sassuolo” 2:1
Qollar: Riqoni, 3, Belotti, 90+3 – Pavoletti, 85
"Latsio” – “Atalanta” 3:0
Qollar: Mauri, 51, 72, Luliç, 81
14 dekabr
“Yuventus” – “Sampdoriya” 1:1
Qollar: Evra, 12 - Qabbiadini, 51
“Cenoa” – “Roma” 0:1
Qol: Nainqqolan, 40
“Parma” – “Kalyari” 0:0
“Udineze” – “Verona” 1:2
Qollar: Di Natale, 31 - Toni, 46, Kristodopulos, 47
"Çezena” – “Fiorentina” 1:4
Qollar: Saviç, 60-öz qapısına - Valero, 44, Saviç, 47, Rodriqes, 79, El Hamdaui, 93
"Milan” – “Napoli” 2:0
Qollar: Menes, 6, Bonaventura, 52
15 dekabr
22:00 “Empoli” – “Torino”
00:00 “Kyevo” – “İnter”
saytlarin hazirlanmasi