Forvard yubiley qolunu vurdu
“Verona” klubunun hücumçusu Luka Toni karyerasında 300-cü qolunu vurub.
Sportal.az xəbər verir ki, “Udineze” komandasına səfərdə 2:1 hesabı ilə qazandıqları oyunda rəqib qapısından birinci topu 37 yaşlı forvard vurub.
2013-cü ildən “Verona”da forma geyinən futbolçu rəqib qapılarına 27 dəfə yol tapıb. Toni qollarının çoxunu "Bavariya" (58) və “Fiorentina” (57) klublarında imza atıb. İtaliya yığmasının heyətində hücumçu 16 dəfə fərqlənib.
saytlarin hazirlanmasi