İtaliya A seriyası: "İnter" "Latsio"ya qalib gələ bilmədi

02:20 - 22 Dekabr 2014

"Yuventus" qış fasiləsinə çempion kimi yollandı
 
İtaliya A seriyasında 16-cı turun oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında lider “Yuventus” səfərdə “Kalyari” ilə üz-üzə gəlib. Turin təmsilçisi rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Liderin izləyicisi “Roma” doğma meydanda əzəli rqibi “Milan”I qəbul edib. Maraqlı keçən oyunda azarkeşlər qol izləyə bilməyib.  
 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter” evdə “Latsio”nu sınağa çəkib. Hərəyə 2 top vuran komandalar xalları yarıya bölüblər.  
 
 
İtaliya A seriyası 16-cı tur
 
 
18 dekabr
 
 “Kalyari” – “Yuventus”  1:3
Qollar: Rossettini, 65 - Teves, 3, Vidal, 15, Lorente, 50
 
“Napoli” – “Parma”  2:0
Qollar: Zapata, 19, Mertens, 30-pen
 
20 dekabr
 
"Sassuolo” – “Çezena”  1:1
Qollar: Zaza, 76-pen - Ze Eduardo, 90+4
 
“Roma” – “Milan”  0:0
 
21 dekabr
 
“Verona” – Kyevo”  0:1
Qol: Paloşi, 81
 
“Atalanta” – "Palermo”  3:3
Qollar: Denis, 40-pen, 76, Morales, 55 - Riqoni, 5, Vasqes,16, 45+1
 
“Fiorentina” – “Empoli”  1:1
Qollar: Varqas, 45 - Tonelli, 57
 
“Sampdoriya” – “Udineze”  2:2
Qollar: Obianq, 15, Qabbiadini, 60 - Qeyjo, 31, Danilo, 33
 
“Torino” – “Cenoa”  2:1
Qollar: Qlik, 52, 64 - Falke, 42 
 
"İnter” – “Latsio”  2:2
Qollar: Kovaçiç, 66, Palasio, 80 - Anderson, 2, 37

Xəbər xətti