Zenqa və Zola arasında seçim aparılır
İtaliya A seriyasında mövsümün birinci yarısını 18-ci yerdə başa vuran “Kalyari” klubu baş məşqçi Zdenek Zemanla yollarını ayırdı.
Sportal.az xəbər verir ki, klub rəhbəri qış fasiləsindən sonra komandanı hansı mütəxəssisə etibar edəcəyiylə bağlı seçimlər aparır.
Hazırda komandanın baş məşqçi postuna real namizəd olaraq Valter Zenqa göstərilir. Məhz onun başçılığı altında “Kalyari”nin mövsümün ikinci yarısına start verəcəyi deyilir. Əgər Zenqa komandanı çalışdırmaqdan imtina edərsə, o zaman baş məşqçi postuna Canfranko Zola gətiriləcək.
saytlarin hazirlanmasi