Komanda yarımmüdafiəçiyə güvənir
İtaliyanın "Roma" klubu Allesandro Florentsi ilə yeni müqavilə imzalayıb.
Sportal.az Klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi futbolçu ilə müqavilənin müddətini artırıb.
Yeni müqaviləyə əsasən 23 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümünün sonuna qədər "Roma"da çıxış edəcək.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Florentsi 2010-cu ildən əsas komandada çıxış edir.