Lider evdə belə xal itirdi
 
İtaliya A seriyasında 17-ci turun oyunları keçirilib. .
 
Sportal.az xəbər verir ki, lider “Yuventus” doğma meydanda əzəli rəqiblərindən birini “İnter”I sınağa çəkib.
 
5-ci dəqiqədə Tevesin qoluyla turinlilər hesabda önə keçiblər. Fasiləyə üstün yollanan "ağ-qaralar" ikinci hissədə qapısında qol görüblər. 64-cü dəqiqədə İkardi bərabərlik qolunu vurub. Matçın sonlarında qonaqlar meydanda azlıqda qalmasına baxmayaraq, səfərdən 1 xal qopara biliblər.
 
“Yuventus” – “İnter”  1:1
Qol: Teves, 5 - İkardi, 64