"İnter"in futbolçusu cəzalandırıldı

02:00 - 8 Yanvar 2015

Kellinini vurmaq Jesusa baha başa gəldi 
 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter”in müdafiəçisi Xuan Jesus 3 oyunluq cəzalandırılıb.
 
Sportal.az xəbər verir ki, 23 yaşlı braziliyalı futbolçu “Yuventus”un müdafiəçisi Corco Kellinini dirsəklə zərbə endirib. Diskvalifikasiya haqqında qərar video təkrarının köməyi ilə tətbiq edilib. Jesus üç matçdan başqa,digər görüşlərdə aldığı sarı vərəqələrə görə daha bir oyunu buraxacaq.

Xəbər xətti