Di Natale kimə söz atıb?
“Udineze” klubunun kapitanı Antonio Di Natale maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı hücumçu A seriyasında çıxış edən komandaların gənclərə deyil, təcrübəli oyunçulara etimad göstərdiyini gizlətməyib. Hətta futbolçu bu yaxınlarda “Verona”da 300-cü qolunu vuran Luka Toniyə zarafatla belə deyib:
“Əgər biz yaşlılar qollarımızı sıralayırıqsa, onda nəsə işlər düzgün getmir. İtaliyada komandalar gənclərə deyil, daha çox təcrübəli futbolçulara güvənirlər. Bu da istər-istəməz gənc futbolçuların yetişməsinə mane olur. Yaxşı olardı ki, klublar istedadlı cavanlardan istifadə edib onları üzə çıxarsın”.
saytlarin hazirlanmasi