İtaliya A seriyasında 18-ci turun oyunlarına iki qarşılaşmayla start verilib.
Sportal.az xəbər verir ki, turun açılış matçında “Sassuolo” və “Udineze” komandaları üz-üzə gəlib.
15-ci dəqiqədə ev sahibləri Zazanın qolu sayəsində hesabda önə keçsələr də, qonaqlar tarazlığı bərpa etməyi bacarıb. Sereau “Udineze”ni məğlubiyyətdən qurtarmaqla komandasına 1 xal qazandırıb.