"Mərc edərəm ki, "Roma" çempion olmayacaq"

01:45 - 13 Yanvar 2015

“Latsio”nun prezidenti: “Əgər mərcdə uduzsam, vəzifəmi və klubumu həmin şəxsə təhvil edəcəyəm”
 
İtaliya A seriyasında çempionluq uğrunda mübarizə aparan “Roma” ötən tur əzəli rəqibi “Latsio” komandasıyla heç-heçə (2:2) edərək evdə vacib xal itirib.
 
Sportal.az xəbər verir ki, 2:0 hesabıyla geridə olmasına baxmayaraq, romalılar Françesko Tottinin dublu sayəsində məğlubiyyətdən qaça bilib. Xüsiylə də i ikinci qolun sevincini “Roma”nın kapitanı mobil telefonla şəkilini çəkərək azrkeşlərlə paylaşıb. Tottinin bu hərəkəti  “Latsio”nun prezidenti Klaudio Lotitonu hövsələdən çıxarıb. Klub rəhbəri maraqlı açıqlamaları ilə gündəmi zəbt edib:
 
“Roma” skudettonu qazana bilməyəcək. “Yuventus”un çempon olması daha real görünür. Çünki turinlilər daha yaxşı oyun sərgiləyir. Pezident vəzifəsi və “Latso” daxil olmaqla mərc  edərəm ki,  “Roma” çempion olmayacaq. Əgər mərcdə uduzsam, vəzifəmi və klubumu həmin şəxsə təhvil edəcəyəm. Tottinin ikinci qoldan sonra hərəkəti yersiz idi. O, bu hərəkətiylə azarkeşləri qıcıqlandırdı və onlara hörmətsizlik etd. Bizim kapitan Mauri heç vaxt belə etməzdi”.        

Xəbər xətti