Mario Qomes İtaliyadan ayrılır
“Fiorentina”nın hücumçusu Mario Qomes mövsümün ikinci yarısını İngiltərəda keçirə bilər.
Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi almaniyalı forvardın “Suonsi”də icarə əsasında oynamasına razılıq verib. Vilfrid Boni “Mançester Siti”yə keçəcəyi halda “Suonsi”nin hücum xəttində “dişsiz”liyin olacağını nəzərə alan klub rəhbərliyi Qomesi mövsümün sonuna qədər icarə götürmək istəyir.
Qeyd edək ki, 2013-cü ildən “Fiorentina”da forma geyinən almaniyalı forvard zədə səbəbindən cəmi 31 oyunda meydana çıxıb və 6 qol vurub.
saytlarin hazirlanmasi