Müdafiəçiyə 4 oyunluq cəza
"Milan"ın futbolçusu Filipp Mekses İtaliya Futbol Federasiyası tərəfindən sərt cəzaya məruz qalıb .
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçiyə 4 oyunluq cəza verilib.
Buna səbəb onun çempionatın 20-ci turunda "Latsio" ilə matçda rəqib futbolçunun boğazını sıxmasıdır.
Bu hərəkətinə görə F.Mekses qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, "Latsio" - "Milan" matçı paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi