"Roma" yarımmüdafiəçisini itirdi
İtaliyanın "Roma" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın hollandiyalı yarımmüdafiəçisi Kevin Strotman sıradan çıxıb.
Futbolçu İtaliya A seriyasının 20-ci turunda "Fiorentina" ilə matçda zədələnib. 24 yaşlı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Strotmanın yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
saytlarin hazirlanmasi