Milan təmsilçisində yeni sima
İtaliyanın "Milan" klubu heyətini gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda “Roma”nın hücumçusu Mattia Destronu transfer edib.
23 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında “Milan”da çıxış edəcək. Hücumçu yeni klubunda 9 nömrəli forma geyinəcək.
Qeyd edək ki, 2012-ci ildən İtaliya millisinə dəvət alan Destro elə həmin vaxtdan da “Roma”da çıxış edir.
Xatırladaq ki, Futbolçu cari mövsümdə A seriyasında 16 matçda meydana çıxıb və 5 qol vurub.
saytlarin hazirlanmasi