Təxirə salınan matçda...
Bu gün İtaliya A seriyasında XXIV turun təxirə salınmış 1 oyunu keçirilib.
Sportal.az xəbər verir ki, Sampdoriya” “Luiccı Ferraris” stadionunda “Cenoa”nı sınağa çəkib. İlk hissədə qapılara 2 qol vurulub. Əvvəlcə hesabı qonaqlar açsalar da, sevincləri 3 dəqiqə çəkib. Fasiləyə bu hesabla yollanan komandalar ikinci hissədə fərqlənə bilməyiblər və qarşılaşma bu nəticə ilə başa çatıb - 1:1.
“Sampdoriya” – “Cenoa” - 1:1
Qol: Eder, 19 – Falkye, 17