Pirlo xəsarət alıb
İtaliyanın "Yuventus" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az "Football İtalia"ya istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Andrea Pirlo sıradan çıxıb.
Təcrübəli yarımmüdafiəçi Çemnpionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Borussiya" ilə matçda zədələnib. Pirlonun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, "Yuventus" - "Borussiya" matçı İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi