Zola komandadan kənarlaşdırıldı
İtaliyanın "Kalyari" klubu baş məşqçisi Canfranko Zola ilə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın A Seriyasının son 6 turunda cəmi 1 xal toplaması rəhbərliyi narazı salıb.
Qeyd edək ki, Zolanı "Kalyari"nin sabiq baş məşqçisi Zdenek Zemanın əvəzləyəcəyi ehtimal olunur.
saytlarin hazirlanmasi