"Əgər karyerasını bitirməsə..."
İtaliya futbolunun canlı əfsanələrindən sayılan 35 yaşlı Andre Pirlo klubla olan müqaviləsini artıra bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Yuventus"un baş meneceri Cüzeppe Marotta maraqlı fikirlər səsləndirib:
"Pirlonun bizimlə olan müqaviləsi 2016-cı ilə qədər olsa da, əgər futbolçu karyerasını bitirmək istəməsə, biz yeni müqavilə təklif etməyə hazırıq."
saytlarin hazirlanmasi