Klubun taleyi necə olacaq?
İtaliya A seriyasında mübarizə aparan "Parma" klubunun heç də yaxşı günlər yaşamadığını qeyd etmişdik. Belə ki, klub mövsüm ərzində heç bir işçisinin və futbolçularının maaşını verə bilmədiyinə görə dəfələrlə İtaliya Futbol Federasiyası tərəfindən cəzalanıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə tərəfindən rəsmi olaraq bankrot olduğu elan edilən "Parma"nın aqibətinin necə olacağı hər kəsi düşündürür. Əgər federasiya tərəfindən maddi yardım göstərilərsə, klub mövsümü başa vura biləcək.
saytlarin hazirlanmasi