"Yuventus"da şok itki: 50 günlük sıradan çıxdı

12:40 - 20 Mart 2015

Poqba zədələndi
 
Çempionlar Liqasının 1/8 finalının “Borussiya”ya qarşı cavab matçında zədə alan “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın zədəsinin ciddi olduğu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytı futbolçunun 50 gün müddətinə sıradan çıxdığını yazıb. Tibbi müayinədən sonra Poqbanın bud nahiyəsindən ciddi zədə aldığı müəyyənləşib.
 
Xatırladaq ki, bundan öncə İtaliya mətbuatı Poqbanın 30 gün oynamayacağını yazmışdı.

Xəbər xətti