Daha 5 il Roma klubunda
"Latsio"nun futbolçusu Felipe Anderson klubla olan müqaviləsinin müddətini artırıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqaviləyə əsasən 21 yaşlı yarımmüdafiəçi 2020-ci ilə qədər "Latsio"nun şərəfini qoruyacaq.
Qeyd edək ki, Anderson bu mövsüm "Latsio"nun heyətində çıxdığı 21 matçda 8 qol və 7 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi