Fanatlar klubun bazasına hücum etdi

02:30 - 18 Aprel 2015

Azarkeşlərdən futbolçulara xəbərdarlıq  
 
İtaliya A seriyasinda uöursuz mövsüm keçirən “Kalyari” yüksək liqanı tərk etməyə yaxındır.
 
Sportal.az xəbər verir ki, turnir cədvəlinin 19-cu pilləsində qərarlaşan komanda 31-ci turda iddialılardan biri “Napoli”ylə qarşılaşacaq.
 
“Kalyari”nin aşağı sıralarda olmasını həzm etməyən fanatlar klubun bazasına hücum çəkərək futbolçulara təzyiq göstəriblər. Azarkeşlər klub rəhbərliyinə bəyan edib ki, komanda “Napoli” ilə qarşılaşmada qələbə qazanmayacağı halda futbolçular stadiondan kənara çıxa bilməyəcəklər.   

Xəbər xətti