İtaliya A seriyasında baş məşqçi istefası

15:45 - 21 Aprel 2015

Zeman “Kalyari”ylə yollarını ayırdı
 
İtaliya A seriyasının ötən turunda “Kalyari”nin doğma meydanda “Napoli”yə 3:0 hesablı məğlubiyyəti Zdenek Zemanın baş məşqçi postunu tərk etməsinə səbəb olub.
 
Sportal.az xəbər verir ki, bu uğursuzluqla barışmayan təcrübəli mütəxəssis klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. Canfranko Zolanı baş məşqçi postunda əvəzləyən çexiyalı çalışdırcının məsələsinə baxan “Kalyari” rəhbərliyi onun istefasını qəbul edib.
 
Qeyd edək ki, “Kalyari” 31 turdan sonra 23 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.           

Xəbər xətti