Pepe "Monako"yla razılığa gəldi

01:05 - 24 Aprel 2015

31 yaşlı futbolçu İtaliyadan ayrılır
 
“Yuventus” klubunun yarımmüdafiəçisi Simone Pepe karyerasını Fransada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı italiyalı futbolçunu monakolular Çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus”la oyununda bəyəniblər.
 
Fransa təmsilçisindən gələn dəvətə müsbət baxan Pepeni turinlilər mövsümün sonunda satmağa hazırlaşır. Cari mövsüm “Yuventus”un heyətində 11 oyun keçirən futbolçu ehtiyatda qaldığından klubunu dəyişmək qərarına gəlib.        

Xəbər xətti