Futbolçu İtaliyanı tərk etməyə hazırlaşır
“Udineze”nin aparıcı üzvü Antonio Di Natalenin mövsümün sonunda klubla yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, agent Bruno Karpedcani də açıqlamasında 37 yaşlı futbolçunun İtaliyanı tərk edəcəyini gizlətməyib:
“Di Natalenin komandada qalacağına inanmıram. Mövsüm başa çatan kimi futbolçu “Udineze”ylə yollarını ayıracaq. Onun gedişi maliyyə ilə əlaqədar deyil. Di Natale artıq İtaliyada oynamaq istəmir. Mövsüm başa çatandan sonra futbolçunun karyerasını hansı ölkədə davam etdirəcəyinə aydınlıq gələcək”.
Qeyd edək ki, “Udineze” komandasında 11 mövsüm keçirən hücumçu 414 oyuna 220 qol vurub.
saytlarin hazirlanmasi