"Milan"ın düşərgəsində qalmaqal yaşandı

16:15 - 26 Aprel 2015

Futbolçular baş məqşçiyə qarşı çıxdılar  
 
Filippo İnzaginin baş məşqçiliyi altında uğursuz mövsüm keçirən “Milan” hazırda turnir cədvəlinin 10-cu pilləsində qərar tutur.
 
Sportal.az xəbər verir ki, İtaliya A seriyasının 32-ci turunda “Udineze”yə 2:1 hesablı məğlubiyyətdən sonra milanlıların düşərgəsində qalmaqal baş verib.
 
Oyundan sonra baş məşqçi klubun vitse-prezidenti Adriano Qallianiylə telefon açaraq  “Bu futbolçular “Milan”ın formasını geyməyə layiq deyillər” söyləyib. İnzaginin klub rəhbərliyi ilə söhbətini avtobusda eşidən futbolçulardan bir neçəsi baş məşqçiyə belə cavab verib: “Əslində  sən “Milan”ın baş məşqçi postuna layiq deyilsən”.  

Xəbər xətti