Baş məşqçidən futbolçulara sərt qadağa

01:50 - 27 Aprel 2015

Komanda mövsümün sonuna qədər bazada qalacaq
 
İtaliya A seriyasının 32-ci turunda “Udineze”yə səfərdə 2:1 hesablı məğlubiyyətdən sonra “Milan”ın baş məşqçi Filippo İnzagi futbolçulara istirahət verməyib. 
 
Sportal.az xəbər verir ki, bütün heyəti bir araya gətirən gənc mütəxəssis futbolçulara bazadan kənara çıxmağa qadağa qoyub. Mövsümün sonuna qədər futbolçular bazada qalacaq. Filippo İnzagi şərtlərə əməl etməyən futbolçuların komandadan uzaqlaşdırcağını da əvvəlcədən bəyan edib.       

Xəbər xətti