Veteran futbolçu məşqçi qismində
Argentina millisinin sabiq hücumçusu Ernan Krespo məşqçi kimi özünü sınamaq istəyir.
Sportal.az xəbər verir ki, 39 yaşlı argentinalı məşqçilikdə ilk sınağını sabiq komandası “Parma”nın aşağı yaş qruplarında verəcək. Ernan Krespo hazırda “Parma”nın gənclərdən ibarət komandasını çalışdırır. O, gələcəkdə əsas komandaya başçılıq etmək istəyir:
“Futbolçu kimi “Parma”da ən yaxşı günlərimi keçirmişəm. İstəyirəm ki, məşqçi kimi də burada iz qoyum. Düzdü, hazırda komanda ən çətin günlərini yaşayır. Belə bir vəziyyətdə “Parma”ya kömək etmək istəyirəm. Ola bilsin nə vaxtsa komandanı çalışdırdım. Elə həyatda ən böyük arzularmdan da biri budur”.
saytlarin hazirlanmasi