"Everton" qanalı futbolçunu transfer edir

02:10 - 2 May 2015

Muntari “Milan”da qalmaq istəmir
 
“Everton” klubu yarımmüdafiə xəttini gücləndirməyə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi mövsümün sonunda “Milan”da forma geyinən Salli Muntarini düşərgəsinə qatmaq istəyir.
 
Artıq ingilislər 30 yaşlı qanalı futbolçuyla danışıqlara başlayıb. Bu mövsüm əsas heyətdə stail yer almayan yarımmüdafiəçi yayda “Milan”la yollarını ayırmaq qərarına gəlib.
 
İtaliya A seriyasının 29-cu turunda “Palermo”yla oyunda baş məşqçi Filippo İnzagi futbolçuya əsas heyətdə yer vermək istəsə də, Muntari matça çıxmaqdan imtina edib. Cari mövsüm “Milan”ın heyətində 16 oyun keçirən qanalı futbolçu rəqib qapılarına 2 dəfə yol tapıb.               

Xəbər xətti