Klubun səhmləri satıldı
Daha öncə də xəbər verdiyimiz kimi, “Milan” klubunun səhmlərinin satılıb.
Sportal.az xəbər verir ki, klubun səhmlərinin yarısını tailandlı biznesmen BeeTeçaubol alıb. Bu məlumatı “rossonyerlər”in prezidenti Silvio Berluskoni də təsdiqləyib. O qeyd edib ki, klubun səhmlərinin 51 faizi özündə qala bilər.
Berluskoni Teçaubolun yatırımları sayəsində “Milan”ın tezliklə yenidən Avropa nəhənglərindən birinə çevriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, Bee Teçaubol klubun səhmlərinin yarısına sahib olmaq üçün 500 milyon avro xərc çəkməli olub.
saytlarin hazirlanmasi