Artıq tərəflər razılığa gəliblər
Bu gün “Napoli” klubu baş məşqçi Rafael Beniteslə yenidən 4 illik müqavilə bağlayacaq.
Sportal.az xəbər verir ki, ispaniyalı məşqçinin agenti Kilon Qarsiya “Napoli”nin rəhbəri Aurelio De Laurentislə görüşüb.
Həmin görüşdə tərəflər müqavilənin şərtlərinə aydınlıq gətirəndən sonra təcrübəli mütəxəssis anlaşmaya razılıq verib. Baş menecer Andrea Çivelli və hüquqşunas Filippo Fusko sənədləri qaydasına salandan sonra ispaniyalı mütəxəssisə yalnız qol çəkmək qalacaq. Rafael Benites komandanı Avropa Liqasının yarımfinal mərhələsində “Dnepr”lə oyuna hazırladığı üçün danışıqlarda iştirak etməyib.
saytlarin hazirlanmasi