Baş məşqçi kapitanın müdafiəsinə qalxdı
“Roma”nın yarımmüdafiəçisi Jervinyo komandanın kapitanı Françesko Tottinin əvvəlki kimi ötürmələr vermədiyini deyib.
Sportal.az xəbər verir ki, Fil Dişi sahilli futbolçunun açıqlamasına baş məşqçi Rudi Qarsiya münasibət bildirib:
“Düşünürəm ki, Jervinyo zarafat edib. Mən onun bu hərkətinə bəraət qazandırmıram. Hər halda Totti komandanın siması və kapitanıdır. Onu ələ salmağa heç kimin ixtiyarı çatmır. Ola bilsin ki, futbolçu bir oyunda start heyətdə digərində isə sonradan meydana çıxa bilər. Lakin o, istənilən anda komandaya qələbə qazandıra bilər”.
saytlarin hazirlanmasi