Antonio Kassano iki yol ayrıcında

16:34 - 9 May 2015

İtaliyalı hücumçu karyerasını harada davam etdirəcək?
 
Qışda “Parma” klubuyla müqaviləni ikitərəfli ləğv edən Antonio Kassano mövsümün başa çatmasını gözləyir.
 
Sportal.az xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusu iki komandadan təkilf alıb.
 
Növbəti mövsüm italiyalı futbolçunu “Sampdoriya” və Fransanın “Monako” klubları heyətinə qatmaq istəyir. Gələn təkilflər arasında seçim aparan Kassano üstünlüyü İtaliya təmsilçisinə üstünlük verir:
 
“Yenidən “Sampdoriya”ya qayıtmaq istəyirəm.  Alternativ variant kimi “Monako”ya keçə bilərəm. A seriyasında çıxış etməklə yenidən İtaliya yığma komandasına çağrıla bilərəm. Ona görə də üstünlüyü “Samdoriya”ya verirəm”.

Xəbər xətti