Vidiç karyerasını Yunanıstanda davam etdirəcək?

15:12 - 10 May 2015

Serbiyalı futbolçu “İnter”lə yollarını ayırır
 
“İnter” klubunun müdafiəçisi Nemanya Vidiç karyerasını Yunanıstanda davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 33 yaşlı serbiyalı futbolçunu Yunanıstan çempionu “Olimpiakos” düşərgəsinə qatmağa hazırlaşır.
 
Təcrübəli futbolçunun qarşıda milanlılarla 3 illik müqaviləsi olsa da, Vidiç mövsümün sonunda İtaliyadan ayrılmaq istəyir. Serbiya millisinin sabiq üzvü “İnter”in əsas heyətində yerini itirdiyinə görə komandadan ayrılamğa qərar verib.      

Xəbər xətti