Paytaxt təmsilçisi ikincilik şansını əldən verdi
İtaliya A seriyasında 35-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, gümüş medallar uğrunda əzəli rəqibi “Roma”yla mübarizə aparan “Latsio” hesabat turunda “İnter”i qəbul edib.
Matça fəal başlayan paytaxt təmsilçisi 8-ci dəqiqədə Kandrevanın qoluyla hesabda önə keçib. 24-cü dəqiqədə Morurisionun qırmızı vərəqə alması meydan sahiblərini işinə yaramayıb. Belə ki, azlıqda qalan “Latsio” iki dəqiqədən sonra qapısında qol görüb. Milan təmsilçisinin cavab topunu Hemanes vurub.
Ikinci hissədə kobudluğa görə meydan sahiblərinin qapıçısı Marketti qırmızı vərəqəylə meydandan kənarlaşdırılıb. Bunun ardından "İnter" penalti vurmaq imkanı qazanıb. İkardi top "çərçivə"yə göndərsə də, qapıçı dəf edib.
Lakin qonaqlar hakimin final fitinə 6 dəqiqə qalmış qələbə qolunu vurublar. Dublunu rəsmləşdirən Hernanes komandasının qələbə qaznmasında böyük rol oynayıb.
“Latsio” – “İnter” 1:2
Qollar: Kandreva, 8 - Hernanes, 26, 84
saytlarin hazirlanmasi