"Əgər Mixayloviç getmək istəyirsə, yol açıqdır"

01:25 - 15 May 2015

“Samdoriya”nın prezidentindən sərt cavab 
 
Mövsümün sonunda baş məşqçi Sinişa Mixayloviçin “Sampdoriya”dan ayrılacağı ilə bağlı dolaşan xəbərlər klub prezidenti Massimo Ferreronu hövsələdən çıxarıb.
 
Sportal.az xəbər verir ki, “Sampdoriya” rəhbəri təcrübəli mütəxəssisin adını “Milan” və “Napoli” klublarıyla yanaşı hallanmasına belə münasibət bildirib:
 
“Mixayloviç baş məşqçi postunda qalacaq? Artıq belə sualları eşitməkdən bezmişəm. Bunu onun özündən soruşsanız daha yaxşı olar. Əgər Mixayloviç getmək istəyirsə, yol açıqdır. Onu burada güclə saxlamaq fikrində deyiləm”.   

Xəbər xətti