Kyellini uruqvaylı futbolçudan qisas almaq istmir
DÇ-2014-ün final mərhələsində İtaliya və Uruqvay yığmaları arasındakı qarşılaşma hələ uzun müddət yaddan çıxmayacaq.
Sportal.az xəbər verir ki, qrupda həllediçi xarakter daşıyan oyunda uruqvaylı Luis Suaresin italiyalı müdafiəçi Corco Kyellinini dişləməsi böyük səs-küyə səbəb olmuşdu.
Məhz oyunun video təkrarına baxandan sonra FİFA uruqvaylı futbolçuya 6 ay yaşıl meydanlara çıxmağa qadağa qoydu. Çempionlar Liqasının finalında “Barselona” və “Yuventus”un qarşılaşması Suareslə Kyellini yenidən üz-üzə qoyacaq. Final oyunu ilə bağlı fikirlərini bildirən italiyalı müdafiəçi hadisəni yaddan çıxardığını deyib:
“Dünya çempionatında baş verən hadisəni artıq unutmuşam. Sures etdiyi hərəkətin çəzasını çəkib. Ondan qisas almağım düzgün olmaz. Belədə komandamı pis vəziyyətdə qoyaram. Luis Suaresi güclü hücumçu kimi qəbul edirəm. Düşünürəm ki, uruqvaylı futbolçu kuboku qazanmaq üçün əlindən gələni edəcək”.
saytlarin hazirlanmasi