"İnter"in müdafiəçisi "Sevilya"ya keçə bilər

01:35 - 16 May 2015

Marko Andreollinin müştəriləri artıb     
 
Marko Andreolli yayda İtaliyanın “İnter” klubu ilə yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi A seriya təmsilçiləri “Sampdoriya” və “Latsio”nun maraq dairəsinə düşüb.
 
Avropa Liqasının finalçısı “Sevilya” klubu da futbolçunu düşərgəsinə qatmaqda maraqlıdır. Hətta əndəluslular müdafiəçinin transferinə görə milanlılara 3,5 milyon avro təklif edib. 2013-cü ildə “Kyevo”dan “İnter”ə transfer olunan Andreolli bu mövsüm milanlıların heyətində 13 oyun keçirib.     

Xəbər xətti