"Milan"da qalmaq istəyirəm"
“Milan”dan ayrılacağı gözlənilən baş məşqçi Flippo İnzaqi komandadan ayrılmaq istəmədiyini dilə gətirib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İnzaqi öz açıqlamasında maraqlı fikirlər səsləndirib:
“Mən Adriano Qalliani ilə gündə 3-4 dəfə danışıram. O çox gözəl başa düşür hazırki vəziyyəti. Mən karyeramı burada davam etdirmək istəyirəm. Amma sonda qərarı prezident verəcək. “Milan” üçün hər şeyin yaxşısını arzulayıram”.
saytlarin hazirlanmasi