"Milan" gənc hücumçuyla razılığa gəldi

02:27 - 20 May 2015

Dino Dzampakorta  futbolçunun keçidinə aydınlıq gətirdi  
 
Filippo İnzaginin başçılığı altında mövsümü uğursuz başa vuran “Milan” növbəti çempionata hazırlıq görür.
 
Sportal.az xəbər verir ki, “rossonerilər”in yayda heyətinə cəlb etmək istədiyi futbolçulardan da biri “Parma” klubunun hücumçusu Xose Mauridir.
 
Agent Dino Dzampakorta  “Milan”ın gənc futbolçuyla yaxından maraqlandığını gizlətməyib:
 
“Hələ bir neçə ay əvvəl Maurinin transferiylə bağlı “Milan”ın rəhbərliyi maraqlandı. Onlar hücumçunu komandaya cəlb etmək istədiklərini bildirdilər. Mövsümün sonuna qədər gənc futbolçunun “Milan”a transferi həll olunacaq. Yəqin ki, onlar komandaya gələcək yeni baş məşqçini gözləyirlər. Ondan sonra Xose Mauri rəsmən klubla müqavilə bağlayacaq”.    

Xəbər xətti