Roberto Mançinin isararla istədiyi türkiyəli futbolçu

03:10 - 21 May 2015

Semih Kaya karyerasını İtaliyada davam etdirə bilər
 
Türkiyə millisinin və “Qalatasaray” klubunun müdafiəçisi Semih Kaya “İnter”in maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin baş məşqçisi Roberto Mançini futbolçunun keçidinə görə İstanbul klubuna 6 milyon avro təklif edib.
 
Agent Fazıl Özdemir açıqlamasında bildirib ki, Semih Kayanın mövsümün sonunda “İnter”ə transferi gerçəkləşə bilər. Məhz “sarı-qırmızılılar”a yeni rəhbər gələndən sonra türkiyəli müdafiəçinin keçidinə aydınlıq gətiriləcək.

Xəbər xətti