Neapol təmsilçisi məğlubiyyətlə üzləşdi
İtaliya A seriyasında 37-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə turun mərkəzi görüşündə çempionluğu təmin etmiş “Yuventus” “Napoli”ni qəbul edib.
Pereyranın qoluyla fasiləyə üstün yollanan turinlilər ikinci hissənin əvvəlində qapısında qol görüb. Lopesin bərabərlik qolu ev sahiblərini fəallığını artırıb. Xüsusən də oyunun son 15 dəqiqsini hücumda keçirən “Qoca Sinyora” rəqibin qapısına iki dəfə yol tapıb. Əvvəl Sturaro ardlınca da Pepe fərqlənərək “Yuventus”un 3:1 hesablı qələbəsini rəsmləşdirib.
“Yuventus” – “Napoli” 3:1
Qollar: Pereyra, 13, Sturaro, 77, Pepe, 90+2 - Lopes, 50
saytlarin hazirlanmasi