"Yuventus"un baş məşqçisi ən yaxşı seçildi

02:38 - 26 May 2015

Massimiliano Alleqri mükafata layiq görüldü
 
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri mükafata layiq görülüb.
 
Sportal.az xəbər verir ki, mövsümün ən yaxşı baş məşqçisi - Enzo Beartzod mükafatı bu dəfə “Qoca Sinyora”nın çalışdırcısına nəsib olub. 
 
5 ildir təqdim edilən mükafat İtaliya yığması ilə 1982-ci ildə Dünya Çempionu olmuş Enzo Beartzodun adına təsis olunub. Alleqrinin başçılığı altında “Yuventus” bu mövsüm İtaliyada qızıl dubl edərək Çempionlar Liqasının finalına da vəsiqə qazanıb.  
 
Qeyd edək ki, müxtəlif illərdə sözügedən mükafatı Çezare Prandelli, Valtaro Mazzari, Vinçense Montella və Karlo Ançelotti qazanıb.   

Xəbər xətti