"Klubun prezidenti Erik Tohir komandanın yüksək pillərə qayıtması üçün əlindən gələni edir"
"İnter"in baş məşqçisi Roberto Mançini növbəti mövsüm də Milan təmsilçisini çalışdıracaq.
Sportal.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü açıqlama verib:
"Mən 100 faiz "İnter"də qalacam. Klubun prezidenti Erik Tohir komandanın yüksək pillərə qayıtması üçün əlindən gələni edir. İnanıram ki, növbəti mövsüm daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, uğursuz mövsüm keçirən "İnter" 37 turdan sonra 52 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi