“Artıq “Sampdoriya”da işimi başa vurdum”
İtaliya A seriyasının 38-ci turunda autsayder “Parma”yla evdə (2:2) heç-heçədən sonra baş məşqçi Sinişa Mixayloviç “Sampdoriya”dan ayrıldığını elan edib.
Sportal.az xəbər verir ki, onun başçılığı altında komanda mövsümü 7-ci yerdə başa vurub. Sinişa Mixayloviç cari mövsümü “Samdoriya” komandası üçün uğurlu hesab edib:
“Mən komandaya gələndə “Samdoriya”da vəziyyət ürəkaçan deyildi. Lakin bir il sonra hər şey komandanın xeyrinə işlədi. Mövsümü 7-ci yerdə başa vursaq da, ötən illərlə müqayisədə uğurlu saymaq olar. Artıq “Sampdoriya”da işimi başa vurdum. Ona görə də komandadan ayrılıram”.
saytlarin hazirlanmasi