Rudi Qarsiya "Palermo" məğlubiyyətiini həzm etmədi

03:05 - 1 İyun 2015

"Roma"nın baş məşqçisi:: "Mən uduzmağı sevmirəm"
 
Mövsümü ikici yerdə başa vuran “Roma” klubu A seriyasının 38-ci turunda doğma meydanda “Palermo”ya 2:1 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, “canavarlar”ın baş məşqçisi Rudi Qarsiya bu məğlubiyyəti həzm edə bilməyib.
 
Təcrübəli mütəxəssisn qarşılaşmadan sonra mövsümün yekunlarına belə şərh verib:
 
“Mövsümün ilk yarısını yaxşı keçirdik. Əsas məqsəd mükafatçılar sırasında yer almaq idi. Əslində çempion olmaq şansımız da var idi. Sadəcə xal tikilərimiz bizi “Yuventus”dan geri qoydu. Ondan sonra rəqib aradakı xal fərqini artırdı. Açığı, uduzmağı xoşlamıram. Futbolçulara da bunu başa salıram. Əgər məqsədimizə çatmaq istəyiriksə, sona kimi mübarizə aparmalıyıq”.       
.

Xəbər xətti