İtalyalı mütəxəssis istirahətdən sonra qərar verəcək
Madrid “Real”ının baş məşqçi postundan uzaqlaşdırılan Karlo Ançelotti “Milan” klubunun təklifini qəbul etməyib.
Sportal.az xəbər verir ki, klubun vitse-prezidenti Adriano Qalliani ilə görüşən italiyalı mütəxəssis “Milan”ı çalışdırmaqdan imtina edib.
Bir müddət istitahət etməyi düşünən təcrübəli məşqçi ondan sonra hansı komandaya başçılıq edəcəyi barədə qərar verəcək.
Qeyd edək ki, Karlo Ançelotti 2001-2009-cu illərdə “Milan” klubuna başçılıq edib.
saytlarin hazirlanmasi